Ermənistanın Hindistanla "Su-30MK" qırıcılarının satın alınması barəsində razılaşması yoxdur.
Oxu.Az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan "Sputnik Ermənistan"ın müxbirinin sualını cavablandırarkən bəyan edib.
Bununla da nazir bir neçə gün əvvəl Hindistan mediasında yayılmış şayiələri təkzib edib.
Hindistan mediasının məlumatına görə, Yerevan 8-12 vahid bu döyüş maşınından almağı planlaşdırır. Sövdələşmənin məbləği də açıqlanıb - 2.5-3 milyard dollar.
Xatırladaq ki, Ermənistan 2019-cu ildə Rusiyadan dörd "Su-30SM" alıb. Bu təyyarələrin modifikasiya edilmiş versiyaları vaxtilə Hindistan tərəfindən böyük miqdarda alınıb. Bəzi hesablamalara görə, Hindistanın cəbbəxanasında təqribən 250 belə təyyarə var.