Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfəri çərçivəsində noyabrın 3-də Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin diplomatik məsləhətçisi Saymon Mordyu ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı newsarmenia.am yayıb.
Qriqoryan görüşdə sülhün institulizasiyası istiqamətində atılan addımlara Ermənistanın baxışları, regional kommunikasiyaların, habelə geniş iqtisadi imkanların açılması baxımından "Beynəlxalq sülhə və rifaha doğru Tramp yolu" (TRİPP) (Zəngəzur dəhlizi - red.) proqramının əhəmiyyəti barədə məlumat verib.
Bu kontekstdə ikitərəfli əməkdaşlığın mümkün yolları müzakirə edilib.