Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Elmi fantastikanın bütün bəşəriyyət üçün FAYDASI
Sinxua Universitetinin alimləri elmi fantastika sevgisi ilə qlobal birlik hissi arasında əlaqə aşkar ediblər. Bu janr güclü emosional təcrübə vasitəsilə insanları birləşdirməyə qadirdir.
Oxu.Az xəbər verir ki, tədqiqat "Communication Research" (CommRes) elmi jurnalında dərc olunub.
2500-dən çox insanın iştirak etdiyi bir sıra eksperimentlər zamanı mütəxəssislər elmi fantastikanın özünəməxsus emosional reaksiya doğurduğunu aşkar ediblər. Digər janrlardan fərqli olaraq, o ilk növbədə heyranlıq hissi oyadır.
"Elmi fantastika kosmik çağırışlar və ya texnoloji inqilablar qarşısında bizi vahid bir bütöv olaraq göstərir, bəşəriyyətə kənardan baxış təqdim edir", - tədqiqatın müəllifləri izah ediblər.
Onların sözlərinə görə, məhz bu amil qlobal özünüdərk prosesini formalaşdırmağa kömək edir.
"elmi tədqiqat" teqi üzrə xəbərlər
- Alimlərdən YENİLİK: İflic olan insanların fikirlərini oxuyan neyrointerfeys yaradıldı
- Ulduzlarası səyahəti 1000 ildən onilliklərə endirə bilən kosmik yelkən hazırlandı
- Tamamilə yeni həyat növü ola biləcək sirli nəhənglər aşkar edildi
- Sensasiya: Yerin stratosferində yadplanetli həyat izləri aşkar edilib
- Alimlər əsrlər boyu şarj edilmədən işləyə biləcək nüvə batareyası hazırlayıblar