İraq Kürdüstanının Ərbil hava limanı ətrafında pilotsuz uçuş aparatlarının (PUA) hücumu qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, ərazidə hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.
Məlumata görə, iyulun 24-ü səhər saatlarında beynəlxalq koalisiyaya məxsus HHM sistemləri Ərbil səmasında partlayıcılarla təchiz edilmiş altı dronu hədəfə çatmadan və heç bir ziyan vurmadan zərərsizləşdirərək məhv edib.
PUA-ların kim tərəfindən və hansı hədəfə qarşı buraxıldığı hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alanlarla barədə heç bir məlumat daxil olmayıb.