Bu gün Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan avtomobil nəhəngi “Tesla” və kosmik araşdırmaları şirkəti “SpaceX”in baş icraçı direktoru Elon Mask ilə görüşəcək.
Oxu.Az bildirir ki, bu barədə Facemark.az Business HT-ə istinadən xəbər verir.
Məlumata əsasən, prezident onu Külliyədə qəbul edəcək.
Qeyd edək ki, Mask prezidentin dəvəti ilə “GlobalSatShow”a qatılmaq üçün Türkiyəyə gəlir. Forum noyabrın 9-10-da Haliç Konqres Mərkəzində keçiriləcək.
N.O.