Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ərdoğan: “Martın 31-də keçiriləcək bələdiyyə seçkisi mənim üçün yekun olacaq” - VİDEO
“Mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkisi mənim üçün yekun olacaq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək”- deyə o bildirib.
Qeyd edək ki, 2023-cü ildə Ərdoğan prezident seçkisinin ikinci turunda qalib gəlib. O, 52,18 faiz, rəqibi Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb. Seçici aktivliyi 85,71 faiz təşkil edib. Nəticədə Ərdoğan ölkəni beş il idarə etmək hüququ əldə edib.
Ərdoğan: “Martın 31-də keçiriləcək bələdiyyə seçkisi mənim üçün yekun olacaq” - VİDEO
Mənbə: TRT
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan: "Beynəlxalq təhlükəsizlik müstəvisində ciddi hadisələr baş verir"
- Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb
- Düşmənlərin canına qorxu salan təyyarənin özəllikləri: Türkiyənin seçiminin əsas məqsədi
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu göndərib
- Ərdoğan: "Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq"
Ən çox oxunanlar
Rəylər