Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəs razılaşmasını müzakirə etmək üçün Misir Prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Sülh Sammitinə qatılacaq.
Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Türkiyə Prezidenti Administrasiyasının kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran dövlət başçısının 13 oktyabr 2025-ci ildə Şarm əl-Şeyxə gedəcəyini, sammitdə çıxış edəcəyini və iştirakçı ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini açıqlayıb.
Qeyd edək ki, sammitin Yaxın Şərqdə davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addım olacağı gözlənilir.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Mısır Cumhurbaşkanı Abdulfettah es-Sisi ve ABD Başkanı Donald Trump’ın davetine icabetle, Gazze’de varılan ateşkes mutabakatına ilişkin olarak toplanacak “Barış için Şarm El-Şeyh Zirvesi”ne iştirak etmek üzere, 13 Ekim 2025 tarihinde…
— Burhanettin Duran (@burhanduran) October 12, 2025