"Türkiyə dünyanın ikinci ən böyük nadir torpaq elementləri ehtiyatına sahibdir".
Oxu.Az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bu günə qədər Eskişehir vilayətinin Büylikova rayonunda nadir torpaq elementləri yatağında 310 müxtəlif yerdə təxminən 125 min metr qazma işi aparılıb:
"Yataqda 694 milyon ton nadir torpaq elementləri, ilk növbədə barit və flüorit olduğu təsbit edilib Bu yataq nadir torpaq elementləri ehtiyatı üzrə dünyada təxminən ikinci yeri tutur. 17 nadir torpaq elementindən 10-nun olduğu Beylikova yatağında təxminən 12,5 milyon ton nadir torpaq oksidi var".