Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “Twitter” hesabında ABŞ Konqresinin kəşfiyyat üzrə nümayəndəsi Adam Şiffə susmağı məsləhət görüb.
Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, Şiff “Twitter”dəki hesabında Türkiyə liderini prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etməməyi yazıb.
“Prezident Ərdoğanın sizin təbriklərinizə ehtiyacı yoxdur, Adam Şiff. Türk xalqı öz fikrini bildirib. Siz isə susun!”, – deyə Kalın yazıb.