Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ermənistan hökuməti Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqlədi
Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) qoşulma prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.
Oxu.Az-ın verdiyi məlumata görə, hökumətin iclası yerli xəbər portalları tərəfindən canlı yayımlanıb.
Bildirilib ki, bir neçə partiya və təşkilat tərəfindən təqdim edilən qanun layihəsinin Nazirlər Kabinetinin təsdiqindən sonra cari ayın sonunda parlamentdə müzakirə ediləcəyi gözlənilir.
"Bu, sözün birbaşa mənasında Ermənistanın Aİ-yə üzvlüyü demək deyil, çünki bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə qəbul edilə bilər. Lakin onu da qeyd etməliyik ki, referendumdan əvvəl müəyyən addımlar atmalıyıq: Avropa İttifaqı ilə yol xəritəsini müzakirə etməliyik", - deyə baş nazir Nikol Paşinyan qeyd edib.
Qeyd edək ki, layihəni xarici işlər naziri Ararat Mirzoyan təqdim edib. Hökumətin əsaslandırmasına görə, təsdiqləmə Ermənistan vətəndaşlarının Aİ-nin tam hüquqlu üzvü olacağı ilə bağlı gözləntilərini daha real edəcək, həmçinin gələcək müzakirələr üçün daha işlək mühit yaradacaq.
"Ermənistan" teqi üzrə xəbərlər
- Devid Merkel: "Biz Ukrayna və Qəzzada məsələlərin danışıqlar yolu ilə həll olunmasını istəyirik"
- Öz ayıblarına kor olan Avropa Parlamentinin Azərbaycana "hərbi əsir" təzyiqi
- İdeyasız qalan erməni lobbisi, diasporu: Yeni hədəf Vardanyanın pullarıdır
- Rəsmi İrəvan: "Ermənistan martın 1-dən sərhəd-keçid məntəqələrində nəzarəti müstəqil həyata keçirir"
- Bako Saakyan: "Qarabağa silah-sursat Ermənistandan gətirilirdi"