Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində ABŞ və Ermənistan arasında "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyası ilə bağlı qanun layihəsinin müzakirələrində hökuməti təmsil edəcək.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Nikol Paşinyan bununla bağlı müvafiq qərar verib.
Bununla yanaşı, Ararat Mirzoyan "Sülh Şurasının Nizamnaməsinin ratifikasiyası haqqında" qanun layihəsinin parlamentdə müzakirələri zamanı da hökumətin rəsmi nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, iyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubio "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini imzalayıblar. Sözügedən sənəd mayın 26-da Marko Rubionun Ermənistana səfəri çərçivəsində paraflanmışdı.