Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistanda Qarabağ separatçılarının keçmiş başçısına cinayət işi açıldı
Ermənistanda Qarabağ separatçılarının keçmiş başçısı Samvel Şahramanyana qarşı cinayət işi açılıb.
Oxu.Az bu barədə "Hraparak"a istinadən xəbər verir.
Məlumata görə, o, Ermənistan hökumətinə təhvil verməli olduğu xidməti avtomobilini mənimsəməkdə ittiham olunur.
Söhbət iyunun 21-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi çərçivəsində müsadirə edilən xidməti avtomobildən gedir.
Xatırladaq ki, Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Qarabağ separatçılarının İrəvandakı qondarma nümayəndəliyinin qapısını sındıraraq Samvel Şahramanyanın xidməti avtomobilini evakuatorla çıxarıblar.
"İstintaq Komitəsinin İrəvan şöbəsinin Kentron və Nork-Maraş inzibati ərazi dairələri üzrə istintaq şöbəsində Cinayət Məcəlləsinin 393-cü maddəsinin 1-ci hissəsi və 396-cı maddəsinin 1-ci bəndi ilə (hər iki maddə narkotik vasitələrin qanunsuz dövriyyəsinə aiddir - red.) Ermənistan Cinayət Məcəlləsinin 004-UU-90 dövlət nömrə nişanlı "Toyota Camry" markalı avtomobil müsadirə edilərək xüsusi təyinatlı əraziyə təhvil verilib", - deyə məlumatda bildirilir.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti
Rəylər