2015-ci ildə Trabzon ərazisində "Fənərbağça" klubunun avtobusuna edilən silahlı hücumla əlaqədar yeni araşdırmalar başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" hesabından məlumat yayıb.
O, bildirib ki, 11 il əvvəl baş verən hadisə ilə bağlı 5 şübhəli şəxsə qarşı əməliyyat keçirilib:
"Trabzon Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həyata keçirilən yeni təhlillərdən əldə olunan dəlil və faktlara əsasən, Trabzon Vilayət Polis İdarəsi tərəfindən bu səhər 5 şübhəliyə qarşı əməliyyat təşkil edilib. Şübhəli şəxslərin ünvanlarında axtarış, müsadirə və digər zəruri hüquqi prosedurlara başlanılıb. Bu istintaqın yeganə məqsədi, 11 il öncə baş vermiş bu qəddar hücumun arxasında duran şəxs və ya şəxsləri maddi sübutlarla aşkara çıxarmaqdır".