"Formula-1"dəki "Mercedes" komandasının ehtiyat pilotu Valtteri Bottas özünün yeni superkarını - cəmi 275 ədəd nüsxə ilə istehsal edilmiş və qiyməti 2,72 milyon dollar olan "Mercedes-AMG One" modelini təqdim edib.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, avtomobil 2022-ci ilin iyun ayında işıq üzü görüb və onun əsas xüsusiyyəti 1,6 litrlik hibrid V6 mühərrikidir. Qurğu 1063 at gücündədir.
Hiperkar 100 km/s sürətə 2,9 saniyəyə çata bilir və maksimum sürəti 352 km/s təşkil edir.