Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fransanın daxili işlər nazirinə vəba virusu olan məktub göndərilib
Hüquq-mühafizə orqanları Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmaninə ünvanlanmış, ilkin testlərə görə tərkibində vəba virusunun olduğu qara toz olan məktubu ələ keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" qəzeti Dijon şəhərinin prokurorluğuna istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, zərf Dijon şəhərində ələ keçirilib. Zərfin içində virusun daşıyıcısı olan pudradan əlavə, təhqiramiz məktub da olub.
Qəzet qeyd edir ki, ekspertlər tozu təhlil edirlər. Nəticələrin bazar ertəsi günü açıqlanacağı gözlənilir.
Məsələ ilə bağlı Dijon prokurorluğunda araşdırma aparılır.
Rəylər