Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Google”a qarşı təhqiqata başlanılır
ABŞ Ədliyyə Nazirliyi “Google” şirkətinin də daxil olduğu və antiinhisar qanunverciliyini pozmaqda şübhəli bilinən “Alphabet” korporasiyasına qarşı təhqiqatlara başlamağa hazırlaşır.
Bu barədə Oxu.Az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir.
Nəşrin mənbələri bidirir ki, nazirlik “Google”un biznesi necə apardığını, internetdə axtarış qaydalarını necə müəyyən etdiyini və digər məsələləri araşdırmağa artıq başlayıb.
Xatırladaq ki, cari ilin mart ayının sonlarında Avrokomissiya “Google” şirkətini rəqabətlilik üzrə Avropa normalarını pozduğuna görə €1,49 mlrd ($1,7 mlrd) məbləğində cərimələmişdi.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi
- Sabiq nazir müavininə ağır itki
- Jurnalistə Ədliyyə Nazirliyində vəzifə verildi
- Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksi tikiləcək - 26 milyon manat ayrıldı
Rəylər