Gümrüdə kütləvi iğtişaşlarda iştirak edən 41 nəfərə qarşı cinayət işi açılıb. Onların 24-ü barəsində həbs, 15 nəfəri barəsində ev dustaqlığı, 1 nəfəri barəsində isə inzibati nəzarət qətimkan tədbiri seçilib.
Oxu.Az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Ermənistan mətbuatının yazdığına görə, saxlanılanlar arasında 2 yetkinlik yaşına çatmayan şəxs (onların biri ev dustaqlığındadır) var.
Xatırladaq ki, söhbət Gümrü meri Vardan Qukasyanın saxlanılmasından və bununla əlaqədar meriya binasının qarşısında başlanmış etirazlardan gedir.