Türkiyənin “Haber Global” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin fevralın 6-da Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələnin ildönümü ilə əlaqədar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanlandığı məktub barədə reportaj yayımlanıb.
Süjetdə qeyd olunub ki, məktubda xalqımızın həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə birlikdə olması, faciənin ağrı-acısını bölüşməsi, sonsuz kədərini birlikdə yaşaması vurğulanıb.
“Bu fəlakət Türkiyəni olduğu kimi, Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir qəlb olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi”, - deyə süjetdə İlham Əliyevin məktubuna istinadən qeyd olunub.
“Haber Global”da Azərbaycan Prezidentinin Ərdoğana ünvanlandığı başsağlığı məktubundan danışıldı - VİDEO
Rəylər