Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hakan Fidan: "3+3" platformasının növbəti iclası İstanbulda keçiriləcək"
"3+3" regional platformasının üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək"
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada İordaniyadan olan həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
"Bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri qoşulacaq", - deyə H.Fidan vurğulayıb.
Məlumat üçün əlavə edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təsis edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası 10 dekabr 2021-ci il tarixində Moskvada keçirilib.
"Hakan Fidan" teqi üzrə xəbərlər
- Türkiyə XİN-dən Azərbaycan və Ermənistana sülh çağırışı
- Fidan Lavrovla regional məsələləri müzakirə edib
- Fidan Blinkenlə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
- Ərdoğan Bakıda Böyük Britaniyanın baş naziri ilə görüşdü
- Hakan Fidan: "Trampın qaləbəsindən sonra Rusiya-Ukrayna müharibəsinin bitməsinə ümidlər də artdı"
Rəylər