Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

HƏMAS İsrailə girovların siyahısını verdi
Fələstinin HƏMAS hərəkatı İsrail tərəfinə şənbə günü azad edilməli olan girovların siyahısını verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.
Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələrində xidmət edən və Qəzza zolağında girov saxlanılan dörd qadın əsgər azad ediləcək.
"İsrail ilə mübadilə sazişinin bir hissəsi olaraq biz yanvarın 25-də əsgərlər Karina Ariyev, Daniela Gilboa, Naama Levi və Liri Albaqı azad etmək qərarına gəldik", - HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" qrupunun nümayəndəsi Əbu Ubayda "Telegram" kanalında yazıb.
"İsrailli girovlar" teqi üzrə xəbərlər
- İsrail 11 girovun azad edilməsini tələb edir
- HƏMAS Ramazan bayramında atəşkəs üçün bir neçə girov azad edə bilər
- Misir İsrailə və HƏMAS-a 60 günlük atəşkəs üçün yeni plan təklif edib
- İsrail Qəzzaya elektrik verilişini dayandırır
- HƏMAS İsrailin atəşkəsin birinci mərhələsinin uzadılması şərtlərini RƏDD ETDİ