Məlum olub ki, Qəzza bölgəsində raketlərin saxlanılması üçün BMT-nin Fələstin qaçqınlarına yardım və işlərin təşkili üzrə Yaxın Şərq agentliyinin (YŞA) məktəblərindən istifadə edirlər.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, hərbi sursatlar Qəzza bölgəsinin boş qalmış məktəblərindən birində tapılıb. Bina qaçqınların məskunlaşdığı digər iki binanın arasında yerləşir. Bu həftə ikinci dəfədir ki, YŞA məktəblərinin binasında raket tapılır.
Üzə çıxan faktlar, “bu qəbildən olan hərəkətlərə son qoyulması bəyanatı” ilə çıxış edən təşkilatın baş katibi Pan Gi Munu qıcıqlandırıb. O, qeyd edib ki, mərmilərin YŞA məktəblərində saxlanılması onları potensial hədəfə çevirir, bu isə günahsız uşaqların, BMT əməkdaşlarının təhlükəsizliyinə birbaşa zərbədir. Pan Gi Mun günahkarların cəzalandırılmasını tələb edir.
Baş katib BMT-nin müdafiə və təhlükəsizlik şurasına, eləcə də sursatların zərərsizləşdirilib məktəbdən çıxarılması ilə məşğul olacaq Minaları zərərsizləşdirmə məsələləri üzrə Xidmətə təlimat göndərib.