Hindistanda sərxoş vəziyyətdə təyyarəyə əyləşən sərnişin isterik davranış sərgiləyib.
Oxu.Az xəbər verir ki, sərnişinlərin çəkdikləri görüntü "Reddit" forumunda yayımlanıb.
Videodan görünür ki, qışqırıq və qeyri-adekvat hərəkətlər edən sərnişini bələdçilər və təyyarənin göyərtəsində olan sərnişinlər sakitləşdirməyə çalışırlar, daha sonra onların da əsəbləri tab gətirmir və gərginlik bir qədər də artır.
Həmin görüntünü təqdim edirik.