Hindistanda uçuşa 10 dəqiqə gecikən qadın "Air India" şirkətinə məxsus təyyarənin qəzaya uğraması zamanı həlak olmaqdan qurtulub.
Oxu.Az bu barədə "Republic TV" telekanalına istinadla xəbər verir.
Bhumi Çauhan AI171 reysi ilə Əhmədabaddan Londona uçmalı idi, lakin tıxac səbəbindən hava limanına 10 dəqiqə gecikib və reysi buraxıb.
"Yalnız bu 10 dəqiqəyə görə təyyarəyə minə bilmədim. Bunu izah etməyə söz tapa bilmirəm. İnsanların ölümü barədə xəbər tutmaq məni tamamilə sarsıtdı", - deyə o vurğulayıb.
Qeyd edək ki, ötən gün Hindistanın Əhmədabad şəhərinin hava limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 242 nəfər olub.