Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Hizbullah" hərəkatı İsrailin daha iki siyasətçisinə sui-qəsd cəhdi edib
Livanın "Hizbullah" hərəkatı İsrailin Baş naziri Benyamin Netanyahunun evinə hücumdan sonra daha iki israilli siyasətçiyə sui-qəsd cəhdi edib.
Oxu.Az-ın məlumatına görə, "Al-Arabiya" telekanalı öz mənbələrinə istinadən belə bir iddia irəli sürüb.
Hansı siyasətçilərdən söhbət getdiyi dəqiqləşdirilməyib. Lakin bildirilib ki, bununla əlaqədar İsrail tərəfi "Hizbullah"a mesaj göndərib və İsrail rəsmilərinə hücumlar davam edərsə, Beyrutun cənub ətrafı və bu təşkilatın Livan paytaxtındakı əsas dayağı olan Dahiyə rayonunu tamamilə məhv edəcəyi ilə hədələyib.
Kanal müsahiblərinin məlumatına görə, "Hizbullah"da mesajı alıblar, lakin hələlik bu barədə hər hansı qərar qəbul etməyiblər.
Rəylər