Hörmüz boğazında İran qüvvələri və ABŞ hərbçiləri arasında baş verən qarşılıqlı zərbələrə görə Tehran Vaşinqtonla iyunun 28-nə planlaşdırılan texniki danışıqları ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə IRIB telekanalı İranın sabiq ali rəhbərinin ofisinin üzvü Həbibullah Fəzailiyə istinadən məlumat yayıb.
"Bu gün texniki danışıqlar baş tutmalı idi, lakin İran iştirakdan imtina etdi, görüş ləğv olundu. Buna səbəb son günlər həyata keçirilən qarşılıqlı zərbələr (ABŞ-lə - red.) olub", - deyə Fəzaili bildirib.
Onun sözlərinə görə, texniki məsləhətləşmələrin ABŞ tərəfi ilə bərpa edilməsindən əvvəl Tehran həmçinin bir sıra şərtlərin ilkin icrasında, xüsusən də dondurulmuş aktivlərə çıxışın təmin olunmasında israr edir.
İranın xarici işlər naziri Abbas Əraqçı daha əvvəl bildirib ki, Hörmüz boğazındakı vəziyyətə hər hansı müdaxilə su hövzəsində gərginliyin daha da artmasına səbəb olacaq.
SEPAH ABŞ-nin zərbələrinə cavab olaraq iyunun 28-də Küveyt və Bəhreyndəki Birləşmiş Ştatların hərbi obyektlərinə raketlər və PUA-larla birgə hücum edib. Bundan əvvəl isə ABŞ hərbçiləri Hörmüz boğazı ətrafında İranla əlaqəli obyektlərə zərbələr endiriblər.