Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Husilər ABŞ-nin təyyarədaşıyan gəmilərinə zərbələr endiriblər
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatında iştirak edən husilər ABŞ-nin "Harry Truman" və "Carl Vinson" təyyarədaşıyan və onları müşayiət edən hərbi gəmilərə hücum ediblər.
Oxu.Az "Al Masirah" telekanalına istinadən xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib.
"Raket Qüvvələri və Pilotsuz Sistemlər Qüvvələri iki qanadlı raket və iki pilotsuz təyyarə ilə Qırmızı dənizin şimalında "Harry Truman" təyyarədaşıyan gəmisinə və onunla əlaqəli gəmilərə hücum edib. İkinci əməliyyat Hərbi Dəniz Qüvvələri, Raket Qüvvələri və Pilotsuz Sistemlər Qüvvələri tərəfindən ABŞ-nin "Carl Vinson" aviadaşıyıcısına və ona aid olan dörd gəmiyə qarşı həyata keçirilib", - deyə "Ənsar Allah"ın nümayəndəsi bildirib.