Rusiya və OPEK ölkələri daxil olmaqla neft hasil edən ölkələrin nümayəndələrinin görüşü aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək.
Oxu.Az Reutersə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Mohammed bin Saleh Əl-Sad bildirib.
Onun sözlərinə görə, bu gün üçün neft dondurulması üzrə planı dünya hasilatının 75%-nin payına düşdüyü 15 dövlət təsdiqləyib.
Qətər nazirinin cari bəyanatından sonra neft kotirovkaları 1,2% artıb.