Açıq kosmosa çıxmaq istəyən ilk turist orada 1,5 saat vaxt keçirə biləcək.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa turistin iştirakı ilə ilk çıxış təxminən 90-100 dəqiqə çəkəcək.
Turist bu müddət ərzində dünyanı hər tərəfdən görə biləcək.
Çünki sözügedən müddət ərzində stansiya Yer kürəsi ətrafında tam dövr edir.