Məşhur amerikalı sahibkar İlon Mask Ağ Evdə təntənəli şam yeməyi zamanı qonaqlardan birindən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı terrorçu hesab edib-etmədiyini soruşub.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri şam yeməyinin videosunu araşdıran dodaqdan oxuma sahəsində mütəxəssis Nikola Hiklinqə istinadən yazıb.
"O, qədəhindən bir qurtum alıb hiyləgərcəsinə soruşdu: "Sizcə, o (Məhəmməd bin Salman - red.), terrorçudur?" - deyə nəşr Maskın dediyi ehtimal olunan sözləri Hiklinqin dilindən təqdim edib.
Nəşrin yazdığına görə, Mask bu sualı "Pfizer" əczaçılıq şirkətinin baş direktoru Albert Burla verib. Hiklinq bildirib ki, Burl Maskın sualını çaşqınlıqla qarşılayıb.