İndoneziyanın Sumatra adasında baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində azı 950 nəfər ölüb, daha 274 nəfər hələ də itkin düşmüş hesab olunur.
Oxu.Az xəbər verir ki, bu barədə İndoneziyanın Fəlakətlərin İdarəedilməsi üzrə Milli Agentliyi məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində azı 5 minə yaxın insan xəsarət alıb. Daha əvvəl ölənlərin sayının 900 nəfəri keçdiyi bildirilirdi.
Xəbərdə bildirilir ki, daşqınlar və torpaq sürüşmələrinə noyabrın sonundan bəri bölgəyə yağan güclü yağışlar səbəb olub. Sellər yaşayış binalarına, yollara və infrastruktura ciddi ziyan vurub, xilasedicilərin ən çox zərərçəkmiş ərazilərə çıxışına çətinlik yaradıb.