"Tehran "Hizbullah"ın tərksilah edilməsinə qarışmayacaq".
"Azad İran" "Telegram" kanalının məlumata görə, bu barədə İranın Beyrutdakı səfiri Müctəba Əmani bəyan edib.
"Bunlar Livanın daxili işlərinə aid məsələlərdir və İran onlara müdaxilə etmir. "Hizbullah"ın tərksilah edilməsi Livan hökuməti və onun qurumlarının ixtiyarındadır", - deyə diplomat qeyd edib.