"İqtisadi Əməkdaşlıq Təşkilatını irəli aparacaq bir lokomotiv yoxdur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın İran və Latviyada keçmiş səfiri Cavanşir Axundov "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər" mövzusunda keçirilən tədbirdə sual-cavab sessiyasında deyib.
O bildirib ki, hər bir təşkilatı irəli aparan bir lokomotiv olur, İƏT-də bu olmadığı üçün kiçik bir məsələ olduqda onun üzərində geniş müzakirələr gedir:
"Həmçinin qüdrətli bir ölkə təşkilatın əsas maliyyə məsələlərini öz öhdəsinə götürməlidir. Türkiyə maliyyə məsələlərini boynuna götürmək istəyirdi, lakin İran icazə vermədi. Buna görə də təşkilat effektiv deyil. Burada dövlətçi eqoizm məsələsi rol oynayır".
Aygün Mirakif