Gələn həftənin ilk günlərində Vaşinqton və Tehran arasında münaqişənin həllini nəzərdə tutan memorandumun imzalanması ehtimal olunur.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə əsaslanaraq "CBS News" telekanalı yayımlayıb.
Bildirilib ki, sənədin imzalanması prosesi iyunun 15-dən 17-dək Fransada baş tutacaq "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində reallaşa bilər. Qeyd edək ki, sözügedən sammit İsveçrə sərhədinə yaxın, Fransa Alplarında yerləşən Evian şəhərində təşkil olunacaq. Hazırda tərəflər sənədin rəsmiləşdirilməsi üçün ehtimal edilən məkan kimi Cenevrə şəhərini müzakirə edirlər.