Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İran Suriyaya bütün aviareysləri dayandırdı
İran şirkətləri Dəməşqdəki yeni hakimiyyətlə iki ölkə arasında hava əlaqələri razılaşdırılmadığı üçün Suriyaya bütün uçuşları yanvarın 22-dək ləğv ediblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzane xəbər yayıb.
O qeyd edib ki, hava əlaqələrini bərpa etmək üçün təyinat ölkəsindən icazə almaq lazımdır.
"Hazırda Suriyaya uçuşlar yanvarın 22-dək qadağandır, lakin Livana heç bir məhdudiyyət yoxdur", - deyə təşkilat rəhbəri bildirib.
O, Misirlə də eyni vəziyyətin mövcud olduğunu deyib.
"İki ölkənin hakimiyyəti İrandan Misirə və geriyə uçuşları həyata keçirə bilməyimiz üçün vahid nəticəyə gəlməlidir", - deyə Purfərzane əlavə edib.
"İran-Suriya münasibətləri" teqi üzrə xəbərlər
- İran və Suriya diplomatiya yolunda: Səfirliklər yenidən açılacaq?
- İranın ali rəhbəri Suriya ilə bağlı proqnozunu açıqlayıb
- İran "Hizbullah"ı silahla təmin etmək üçün hava dəhlizi axtarır
- İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi
- Suriya hava məkanını İran təyyarələri üçün bağladı
Rəylər