Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Çelsi"nin sabiq futbolçusu karyerasını Braziliyada davam etdirəcək
"Çelsi" klubunun sabiq hücumçusu Oskar Braziliya klubu ilə razılıq əldə edib.
Oxu.Az xəbər verir ki, Çinin "Şanxay Port" klubu ilə müqaviləsi başa çatan Oskar karyerasını ölkəsində davam etdirəcək.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Oskarın "San-Paulu"ya keçəcəyi gözlənilir. Tərəflər arasında 3 illik müqavilə ilə bağlı razılığın əldə olunduğu bildirilir.
Qeyd edək ki, Oskar 2017-ci ilin yanvarında "Çelsi"dən "Şanxay Port"a 60 milyon avro qarşılığında transfer olunmuşdu. Braziliya millisinin sabiq üzvü olan 33 yaşlı futbolçu bu müddət ərzində Çin təmsilçisinin heyətində meydana çıxdığı 248 rəsmi matçda 77 qol və 141 məhsuldar ötürmə ilə yadda qalıb.
"Çelsi FK" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Çelsi" "Lester"i məğlub etdi
- Ötən mövsüm futbolçuların maaşlarına ən çox pul xərcləyən Avropa klubları - SİYAHI
- UEFA Konfrans Liqası: 1/8 final mərhələsinin dörd oyunu baş tutub - NƏTİCƏLƏR
- UEFA Konfrans Liqası: 1/8 final mərhələsinin ilk görüşləri keçiriləcək
- "Çelsi" Rafael Leanın keçidi üçün İtaliya klubu ilə danışıqlara başlayıb