Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İranın XİN rəhbəri: “ABŞ-yə qarşı yeni cəbhələr açılacaq”
“Vaşinqton İsraili dəstəkləməyə davam edərsə, yeni cəbhələr açmağa hazırlaşmalıdır”.
Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian “Bloomberg Television”a müsahibəsində deyib.
O qeyd edib ki, ABŞ bütün digər dövlətlərə təmkin nümayiş etdirməyi tövsiyə edir, lakin onlar özləri İsraili tam dəstəkləyirlər.
“Əgər Birləşmiş Ştatlar indiyə qədər gördükləri işlərə davam etsə, o zaman ABŞ-yə qarşı yeni cəbhələr açılacaq”, - deyə Abdullahian bildirib və amerikalıların münaqişənin genişlənməsini istəyib-istəməmələrinə qərar verməli olduqlarını qeyd edib.
O, həmçinin bildirib ki, İsrail Müdafiə Ordusunun (SAXAL) quru əməliyyatı “Təl-Əvivin peşman olacağı” ciddi nəticələrə gətirib çıxaracaq.
Xatırladaq ki, Abdullahian bundan əvvəl İsrailin hərbi əməliyyatlarını davam etdirməsi səbəbindən yeni cəbhələrin açılmasının mümkünlüyünü bəyan etmişdi.
Mənbə: Mk.ru