İraq parlamentinin əksər deputatları, baş nazir Heydər əl-Abadi tərəfindən təqdim edilmiş yeni hökumət tərkibini bəyənib.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, “İslam dövləti” qruplaşmasına qarşıdurmada vacib olan Daxili İşlər və Müdafiə Nazirliyi kimi, güc nazirliklərinin portfelləri hələ vakant olaraq qalır. Onların adları həftə içində məlum olacaq.
Kürd siyasi blokunun nümayəndələri ilkin olaraq iclası boykot etməyi düşünürdülər. Amma baş nazir əl-Abadinin Bağdad və Kürd muxtariyyəti arasında bütün fikir ayrılıqlarını həll etmə barəsində bəyanatından sonra, onlar səsvermədə iştirak ediblər.
Hakimiyyətdə əsas olan xarici işlər və neft naziri vəzifəsi şiə partiyalarının nümayəndələrinə nəsib olub.
Keçmiş baş nazir, hakimiyyətdən çətinliklə uzaqlaşan əl-Maliki İraqın vitse-prezidenti fəxri vəzifəsinə seçilib.