Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İrəvanda etiraz aksiyası keçirilir
Ermənistanda vergilərin artırılmasının əleyhinə çıxış edən kiçik və orta biznes nümayəndələri İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, aksiya iştirakçıları vergi yükünün yeni artırılmasına qarşı 2300-dən çox imza toplayıblar.
Kiçik və Orta Biznesin Əməkdaşlıq Assosiasiyasının rəhbəri Akop Avakyan bəyan edib ki, Nazirlər Kabineti biznes ictimaiyyəti ilə dialoqa getmək istəyində deyil, qərarlar sahibkarların rəyi nəzərə alınmadan qəbul edilir. O hesab edir ki, hakimiyyətin öz qərarlarını yenidən nəzərdən keçirməkdən imtina etməsi yalnız əks effekt verəcək.
Xatırladaq ki, yanvarın 1-dən Ermənistan Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib və dəyişikliklərə əsasən, malların alınması üçün sənəd təqdim etməyən sahibkarlıq subyektlərinin nümayəndələri üçün dövriyyə vergisi iki dəfə - 5 faizdən 10 faizə qədər artıb, sənəd təqdim edənlər üçün isə 1.5 faizə qədər azaldılıb.
"Ermənistan" teqi üzrə xəbərlər
- Erməni hərbçi özünü güllələyərək öldürübmüş
- Rəsmi Bakı Azərbaycan bayrağının Ermənistanda və Fransada yandırılmasını pisləyib
- Ramid Namazov: "Avropa İttifaqının missiyası sülhə mane olur"
- Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
- İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı