Ermənistanda baş nazir Nikol Paşinyana hücum cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan məlumat verib.
Onun sözlərinə görə, insidentdən sonra polis əməkdaşları xuliqanlıq və vəzifəli şəxsin qanuni xidməti və siyasi fəaliyyətinə müdaxilə şübhəsi ilə ümumilikdə üç nəfəri saxlayıblar. Saxlanılan şəxslər istintaq orqanına təhvil verilib.
İrəvandakı Müqəddəs Anna kilsəsində Ermənistanın baş naziri Nikol Paşinyanla baş vermiş insidentdən sonra iki vətəndaş saxlanılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan bildirib.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, vətəndaşlar xuliqanlıq və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə etməkdə şübhəli bilinərək saxlanılıblar.
Qeyd edək ki, bazar günü keçirilən liturgiyadan sonra N.Paşinyan kilsənin çıxışına doğru gedərkən bir kişi ona zərbə endirməyə cəhd edib. Vəkil saxlanılan ikinci şəxsin hansı hərəkətləri etdiyi barədə məlumat verməyib.