“İslam Dövləti” (İŞİD) qruplaşması Liviyada tərəfdaşları arasında futbol turniri keçirmək niyyətindədirlər. Bu barədə oktyabr ayının 14-də Alfajer telekanalı xəbər verib.
Oxu.Az xəbər verir ki, turnir islamçıların nəzarət etdikləri Aralıq dənizi sahillərində yerləşən Derna şəhərində baş tutacaq.
Bu turnirdə “təkfirçilər” – İD-in Əfqanıstan, İraq, Misir və Suriyada döyüşən tərəfdaşları, eləcə də Liviyada yerləşən islamçıların özləri iştirak edəcəklər. Futbol ekstremistlərin yaratdıqları, şəriət qanunlarına zidd olmayan qaydalar üzrə keçiriləcək.
Turnirin keçiriləcəyi zaman dəqiq açıqlanmır, amma birincilik təşkilat komitəsinin seçildiyi artıq məlumdur. Bura əvvəllər idmanla məşğul olan yaraqlılar daxildir. Təşkilatçılar ümid edirlər ki, turnir “İslam Dövləti” sıralarına gəncləri cəlb etməyə yardım edəcək.
“Əl-Qaidə” ilə əlaqəsi olan “İslam Dövləti” terror qruplaşması iyunun əvvəlində Suriya və İraqın bir hissəsini işğal edib. Ekstremistlər işğal edilmiş ərazilərdə “İslam Xilafəti”nin yaradılmasını elan ediblər.