Tailand hökuməti bəyan edib ki, ailəsi tərəfindən ölümlə təhdid edilən 18 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşını deportasiya etməyəcək.
Oxu.Az “BBC Russian” agentliyinə istinadən xəbər verir ki, yerli miqrasiya polisinin rəisi ailəsinin yaşadığı Küveytə təyyarə ilə qayıtmalı olan Raxaf Məhəmməd Kunun təhlükəsizliyindən narahat olduqlarını açıqlayıb.
Dünən qız təyyarəyə minməkdən imtina edib və hotel nömrəsində qalıb.
O bildirib ki, əgər geri qayıtsa, İslamdan imtina etdiyi üçün ailəsi tərəfindən öldürüləcək.
“Mənim həyatım təhlükədədir. Ailə üzvlərim məni ölümlə təhdid edirlər”, - o, “Reuters” agentliyinə açıqlamasında deyib.
Səudiyyə Ərəbistanında İslamdan imtina ən ağır cinayət hesab edilir və edamla cəzalandırılır.
Rəylər