İspaniyanın Torre-Paçeko şəhərində miqrantların yaşlı kişiyə hücumundan sonra iğtişaşlar başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
Nəşrin məlumatına görə, kütləvi iğtişaşlar nəticəsində azı beş nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya çatdırılıb.
Ehtimal olunur ki, etirazlara səbəb bir qrup mərakeşli tərəfindən küçədə gedən 68 yaşlı təqaüdçüyə hücum olub.
"Onlar başqa dildə danışırdılar. "Mənə saatı ver" və ya buna bənzər bir şey desəydilər, başa düşərdim. Amma onlar heç nə demədilər", - zərərçəkmiş bildirib.
Qeyd olunur ki, radikallar hakimiyyəti küçələrdə təhlükəsizliyi təmin etməməkdə ittiham edərək, bu hadisədən istifadə edə bilərdilər. Öz növbəsində, Torre-Paçeko şəhərinin meri Pedro Anxel Roka yerli sakinlərin iğtişaşlarda iştirak etmədiyini bildirib.
"Siz zorakılıqla cinayətlə mübarizə edə bilməzsiniz. Biz bu yolla heç nəyə nail ola bilməyəcəyik", - o bildirib.