Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsrail ordusu Dəməşqdə İran səfirliyinin yaxınlığındakı iqamətgaha zərbə endirib: Ölənlər var
İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yaxınlığındakı iqamətgahı hədəfə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin "Facebook" hesabında dərc olunmuş məlumatında bildirilir.
İsrailin Suriya paytaxtının Mezza məhəlləsində yaşayış binasına endirdiyi zərbə nəticəsində azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb. Evdə yüksəkrütbəli şiə milislərinin olduğu iddia edilir.
"Bu gecə təxminən saat 20:15-də (Bakı vaxtı ilə 21:15-də) İsrail Colan təpələrindən hava hücumu həyata keçirib, üç raket atılıb, Dəməşqin əhalinin sıx məskunlaşdığı Mezza məhəlləsində yaşayış və ticarət binalarından birinə hücum edilib. Hücum zamanı aralarında uşaq və qadınların da olduğu 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb", - məlumatda bildirilir.
"Suriya" teqi üzrə xəbərlər
- Suriyada keçid hökumətinin döyüşçüləri pusquya düşərək həlak oldular
- İsrail Türkiyə ilə bağlı arzusuna çatır - Yaxın Şərqdə yeni konfiqurasiya
- Suriyada silahlı qruplaşmalar Müdafiə Nazirliyinə qoşulurlar
- Suriyada Milad bayramı tətil günləri olacaq
- Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyatlar keçirməyə hazırlaşır
Rəylər