İsrail Müdafiə Ordusu (SAXAL) avqustun 27-dən 28-dək Qəzza zolağının şimalındakı Cəbaliya şəhəri ərazisində Fələstinin radikal HƏMAS hərəkatının bir neçə tunelini məhv edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Son 24 saat ərzində qoşunlar HƏMAS-ın Cəbaliya bölgəsində istifadə etdiyi bir neçə yeraltı tuneli məhv edib. Qəzza zolağının şimalında SAXAL terrorçuları, yerüstü və yeraltı terror obyektlərini məhv edir", - deyə məlumatda bildirilib.
Bundan əlavə, Qəzza zolağının cənubunda qoşunlar bir neçə terrorçunu və bir sıra terrorçuların infrastruktur obyektlərini məhv ediblər", - deyə mətbuat xidməti əlavə edib.
Xüsusilə qeyd olunub ki, SAXAL Xan-Yunisdə şəhərin şərq və qərb hissələrini birləşdirən "Maqen-Oz" dəhlizinə operativ nəzarəti həyata keçirmək məqsədilə əməliyyatını davam etdirir.