İsrailin Beyruta hücumu yerli televiziya kanalında canlı yayımlanıb.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənubundakı Dahiye rayonunda "Hizbullah" hərəkatının maliyyə qurumu olan "Əl-Qard əl-Həsən"in filialının binasına vurduğu zərbə anı televiziya kanalının canlı efirinə düşüb.
Görüntüləri təqdim edirik:
İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənubundakı Dahiye rayonunda "Hizbullah"ın terrorçu infrastrukturuna zərbə endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yediot" "Telegram" kanalı videogörüntülər dərc edib.
Məlumata görə, Dahiyedə "Hizbullah" hərəkatının maliyyə qurumu olan "Əl-Qard əl-Həsən"in filialı hədəf alınıb.
Qeyd edilir ki, hücumdan əvvəl İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti ərəb dilində Dahiye sakinlərinin təxliyəsi ilə bağlı təcili xəbərdarlıq edib və bildirib ki, yaxın saatlarda SAXAL "Əl-Qard əl-Həsən" assosiasiyasının terrorçu infrastrukturuna qarşı güc əməliyyatları keçirəcək. Vurğulanır ki, "Əl-Qard əl-Həsən" "Hizbullah"ın fəaliyyətinin maliyyələşdirilməsində mərkəzi yer tutur.
Həmçinin İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "Hizbullah"ın obyektlərinin yerləşdiyi Beyrutun cənub məhəllələrinə də hava hücumları həyata keçirib.