İsrail və Fələstin hərəkatı HƏMAS Qəzza bölgəsində humanitar atəşkəsə razılıq veriblər.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, atəşkəs bu gün başlayacaq və əgər vaxt uzadılmazsa 72 saat davam edəcək.
BMT nümayəndəsi bildirib ki, atəşkəsin vaxtı səhər saat 8.00-da başlayır. Sənəddə vurğulanıb ki, silahlı qüvvələr öz yerində olacaq. İsrail və Fələstin nümayəndəliyi Qahirəyə danışıqlar aparmağa yollanıb, ABŞ Dövlət Departamenti xəbər verib.