Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
 (1):1200.jpg)
İsrailə hücumun təşkilatçılarından olan “Nuhba” yaraqlılarının daha bir rəhbəri məhv edildi - VİDEO
İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının “Nuhba” komandosunun daha bir rəhbərini - Əli Qadini məhv edib.
Bu barədə qurumun “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, o, Qəzza zolağı ilə sərhəddə yerləşən İsrail yaşayış məntəqələrinə hücuma rəhbərlik edib.
O da qeyd edilir ki, Əli Qadi 2005-ci ildə İsrail vətəndaşlarının oğurlanaraq öldürülməsindən sonra saxlanılıb. Lakin iki tərəf arasında məhbus mübadiləsi zamanı o, sərbəst buraxılıb. Həmin vaxt o israilli hərbçi Gilad Şalitlə dəyişdirilmişdi.
SAXAL bundan əvvəl HƏMAS-ın yüksək rütbəli üzvü Murad Əbu Muradın məhv edildiyini açıqlamışdı. O, oktyabrın 7-də “Nature Party” musiqi festivalına hücum zamanı Fələstin Hərbi Hava Qüvvələrinə rəhbərlik edib.