Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İstanbul-Kazan səhər reysləri müvəqqəti olaraq dayandırılır
"Türk Hava Yolları" (Turkish Airlines) İstanbul-Kazan (Rusiya) arasında uçuş cədvəlində dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bu barədə tourdom.ru məlumat verib.
Uçuşların sayı dəyişməz qalıb - həftədə yeddi uçuş, lakin əvvəllər geri dönüş reyslərinin yarısı səhər tezdən idi. İndi bütün xarici aviaşirkətlərin təyyarələri axşam saatlarında Tatarıstana çatacaq və bir saat sonra, gecə yarısına yaxın Türkiyəyə yola düşəcək.
Qeyd edək ki, son iki həftə ərzində Kazan Beynəlxalq Hava Limanı beş dəfə bağlanmalı olub.
Bundan əvvəl "Türkmənistan Hava Yolları", Qaxaxıstanın "Qazaq Air" aviaşirkəti və "Azərbaycan Hava Yolları"nın Kazana uçuşları dayandırılıb. "Pegasus" da yanvarın 21-dən Kazana uçuşları dayandıracaq.
"Türk Hava Yolları (THY)" teqi üzrə xəbərlər
- Türk Hava Yolları Almaniya və Yunanıstana uçuşları ləğv etdi
- Türk Hava Yollarından Dəməşqə ilk uçuş: Biletlər iki həftə əvvəldən satılıb
- Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu
- Türkiyə Suriya ilə 13 il əvvəl dayandırılmış hava əlaqəsini bərpa edir
- Türk Hava Yollarında ölüm: Kapitan pilot uçuş zamanı həyatını itirdi