Türkiyədə İstanbuldan Xatay şəhərinə uçan sərnişin təyyarəsindən 10 İndoneziya və 2 Suriya vətəndaşını İŞİD haqqda danışdıqları üçün düşürülüblər.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, polisin verdiyi məlumata əsasən, sərnişinlərdən biri indoneziyalıların ərəb dilində İŞİD-dən danışdıqlarını eşidib. Vətəndaş öz narahatlığını ekipaj üzvlərinə bildirib, onlar isə öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıblar.
İndoneziyanın xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachir bildirib ki, İndoneziya vətəndaşları həbs edilməyib, onlara yalnız bir neçə sual verilib.
Qeyd edək ki, şübhəli vətəndaşlar suriyalılara yardım edən humanitar təşkilatın üzvləri olublar.