İndoneziyaya məxsus "Virgo Transport 8" gəmisinin batması nəticəsində həyatını itirənlərin sayı 66 nəfərə yüksəlib.
Oxu.Az xəbər ki, bu barədə "The Jakarta Post" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, axtarış-xilasetmə işlərinin 16-cı günündə 69 nəfərin hələ də itkin düşdüyü bildirilir, 108 sərnişin isə xilas edilib.
Qeyd edək ki, sentyabrın 13-də Şərqi Yavanın Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Bancarmasin şəhərinə hərəkət edən bərə qəzaya uğrayıb. Hadisə vaxtı gəmidə 30-u heyət üzvü olmaqla, ümumilikdə 243 nəfər olub.